Yüksək mutasiyaya uğramış COVID variantı BA.2.86 daha iki ölkədə tapılıb.
Manset.az KİV-ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı rəsmisinin sözlərinə görə yüksək mutasiyaya uğramış COVID -19-un yeni variantı İsrail, Danimarka, ABŞ və Böyük Britaniyada, eləcə də İsveçrə və Cənubi Afrikada müəyyən edilib.
Bildirilib ki, ilk dəfə iyulun 24-də Danimarkada ciddi xəstəlik riski altında olan xəstəni yoluxduran virusun ardıcıllığından sonra aşkar edilən yeni variant indi müxtəlif ölkələrdə də görünməyə başlayıb.
Aygün
Manşet.az