Ukrayna prezidenti Volodimir Zelenski Kanadanın baş naziri Castin Trüdo ilə telefon danışığı aparıb.
Manset.az xəbər verir ki, Zelenski bu barədə sosial media hesabında paylaşım edib.
Telefon danışığı zamanı Trüdo Zelenskini Ukraynanın Müstəqillik Günü münasibətilə təbrik edib.
Həmçinin Trüdo Zelenskinin G20 sammitinə dəvət edilməməsini tənqid edərək, “Sizin dəvət olunmamağınız məni məyus etdi” deyib.
Ukraynanı hər platformada dəstəkləyəcəyini təkrarlayan Trudeau, G20 sammitində Ukraynanın adından danışacağını və dünyanın Ukraynanın yanında olmasını təmin edəcəyini bildirib.
Kanada hökuməti və xalqının hər zaman Ukraynanın yanında olduğunu vurğulayan Trudeau dəstəyini vurğulayıb.
Görüş zamanı Zelenski Kanadanın baş naziri Trüdoya verdiyi dəstəyə görə də təşəkkür edib.
Qeyd edək ki, Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar Ukraynanı sentyabrda ev sahibliyi edəcəyi G20 Liderlər Zirvəsinə dəvət etməyi nəzərdən keçirmədiklərini açıqlayıb.
Jalə
Manşet.az