Britaniya Muzeyindən oğurlanan 2 min tarixi əsərin axtarışlarına başlanılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Londondakı Britaniya Muzeyinin Direktorlar Şurasının sədri Corc Obsorn bildirib.
Onun sözlərinə görə, dünyanın ən əhəmiyyətli muzeylərindən biri olan Britaniya Muzeyindən qızıl-zinət əşyaları və qiymətli daşlar da daxil olmaqla 2 minə yaxın əsər oğurlanıb.
"Bütün muzey kolleksiyası düzgün təsnif edilməyib. Nəyin oğurlandığını öyrənmək üçün məhkəmə-tibb ekspertizası aparılır. Artıq oğurlanmış əşyaların bir qisminin tapılmasına nail olmuşuq”, - muzey rəhbəri deyib.