Türkiyədə silahlı insident: Xəsarət alanlar var

01:00 - 28 Avqust 2023

Türkiyədə silahlı insident: Xəsarət alanlar var

Türikyənin Adana şəhərində silahlı insident olub.

 

Bu barədə Manset.az “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, naməlum motosikletçilər parkda əyləşən bir neçə nəfərə silahlı hücum təşkil ediblər. Hadisə zamanı 4 nəfər güllə yarası alıblar.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan 2-sinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis hadisəni törədən şübhəlilərin axtarışına başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az