Rusiya Ukraynaya "Kalibr" raketləri atıb

11:06 - 28 Avqust 2023

Rusiya Ukraynaya \"Kalibr\" raketləri atıb

Rusiyanın "Kalibr" qanadlı raketlərinin Qara dənizdən mümkün buraxılışları qeydə alınıb. Ukraynanın bir sıra bölgələrində hava xəbərdarlığı elan edilib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin rəsmi teleqram kanalında məlumat verilib.

Nikolayev, Xerson, Dnepropetrovsk, Zaporojye, Odessa, Kirovoqrad, Çerkassı, Donetsk, Xarkov, Poltava və Sumı vilayətləri üçün raket təhlükəsi yaranıb.

"Qara dənizdən "Kalibr" qanadlı raketlərinin ehtimal olunan buraxılışları aşkar edilib. Sığınacaqlarda qalın!", - məlumatda qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az