Yunanıstanın Lesbos adasında miqrant qayığı batıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Egeyin şərqindəki Midilli adasının şimal-şərqində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 4 miqrant ölüb.
Sahil təhlükəsizlik qrupları tərəfindən 19 immiqrantın xilas edildiyi və onların sağ-salamat Midilli limanına köçürüldüyü bildirilib.
Axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilsə də, qayıqlarda neçə nəfərin olduğu açıqlanmır.
Aygün
Manşet.az