Cənubi Koreya prezidenti Yoon Suk-yeol və baş nazir Han Duck-so Fukusimadan "radioaktiv su" narahatlığına qarşı xalqı əmin etmək üçün dəniz məhsulları yeməyi yeyib.
Manset.az KİV-ə istinadən xəbər verir ki, bununla Cənubi Koreya Prezident Aparatı məlumat yayıb.
Açıqlamada Yoon və Hanın dəniz məhsulları ilə nahar etdiyi, Prezident Aparatındakı kafeteryada isə həftə boyu müxtəlif dəniz məhsulları təqdim ediləcəyi bildirilib.
Bununla hökumət Yaponiyanın tullantı sularını okeana atmağa başlamasından sonra dəniz məhsullarının təhlükəsiz olduğunu göstərməyə çalışıb.
Qeyd edək ki, Cənubi Koreya Hökumətinin Siyasət Koordinasiya Ofisi rəhbərinin müavini Park Ku-yeon dəniz suyunda tritium konsentrasiyasının standart hədddən "çox aşağı" olduğunu açıqlayıb.
Aygün
Manşet.az