Polşada legioner xəstəliyindən 11 nəfər öldü

17:59 - 28 Avqust 2023

Polşada legioner xəstəliyindən 11 nəfər öldü

Polşanın Rzeşov şəhərində legioner xəstəliyindən dünyasını dəyişənlərin sayı 11-ə yüksəlib.

 

 

Manset.az KİV-ə istinadən xəbər verir ki, xəstəlik diaqnozu qoyulanların sayı 144-ə çatıb.

Rzeszow şəhər administrasiyası tərəfindən yaradılmış böhran masası bakteriyanın şəhərin su kəmərindən ötürüldüyünü müəyyən edib. Şəhər şəbəkəsinin 105 müxtəlif nöqtəsindən, o cümlədən xəstəliyə yoluxmuş şəxslərin evlərindəki kranlardan götürülən nümunələr müayinə üçün laboratoriyalara göndərilib. Podkarpacie İctimai Səhiyyə İdarəsindən Adam Sidor bu səhər buraxılan 8 nümunədən 4-də legionella bakteriyasının aşkar edildiyini bildirib.

Sidor, isti və soyuq su xətlərindən götürülmüş 4 nümunədən 2-də yüksək, 1-də orta, digərində isə başlanğıc səviyyəli bakteriya olduğunu bildirib.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az