Nigeriya daşqınla bağlı xəbərdar etdi

18:09 - 28 Avqust 2023

Nigeriya daşqınla bağlı xəbərdar etdi

Nigeriya hökuməti Kamerunun Benue çayı üzərindəki Laqdo bəndini açmaq planı fonunda yerli əhalini daşqınla bağlı xəbərdar edib.

 

 

Manset.az KİV-ə istinadən xəbətr verir ki, Kamerunda yağan güclü yağışlar səbəbilə Laqdo bəndindən suyun boşalacağı, bu ölkədə və Nigeriyada daşqınların baş verə biləcəyi bildirilib.

Bənd qapılarının açılacağı təqdirdə Nigeriyanın 13 əyalətində daşqınların baş verə biləcəyi və bu əyalətlərdə yaşayan insanların tədbir görməyə çağırıldığı qeyd edilib.

Qeyd edək ki, Kamerunun şimal bölgəsində 1977-1982-ci illərdə tikilmiş Laqdo bəndinin açılması Nigeriyada daşqınlara səbəb olur. İki ölkə arasında 2016-cı ildə bənddən suyun buraxılması ilə bağlı imzalanan anlaşma memorandumuna əsasən, Kamerun bənd qapılarını açmadan əvvəl Nigeriyanı məlumatlandırmalıdır. Nigeriyanın Adamava əyalətində Kamerun hökumətinin keçən il bəndləri açması zamanı baş verən daşqınlarda 50-dən çox adam həlak olub.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az