Unutqan və depresiv olduğunu düşündü - Həkimdən eşitdikləri həyatını alt-üst etdi

19:27 - 28 Avqust 2023

Unutqan və depresiv olduğunu düşündü - Həkimdən eşitdikləri həyatını alt-üst etdi

64 yaşlı avstraliyalı qadın tibb tarixinə düşüb. 

 

Manset.az Tgrthaber-ə istinadən xəbər verir ki, Unutqanlıq və depressiya şikayətləri ilə həkimə müraciət edən 64 yaşlı qadının beynində qurd aşkarlanıb. 

Onun beyninin MRT müayinəsi zamanı cərrahi əməliyyat tələb edən anormallıqlar aşkar edilib. Guardian qəzetindəki xəbərə görə, avstraliyalı qadının beynindən səkkiz santimetrlik canlı qurd çıxıb. Qurd aşkarlandıqdan sonra qadın əməliyyatı həyata keçirə biləcək başqa xəstəxanaya köçürülüb və beynindəki qurddan xilas olmaq üçün bıçağın altına girib.

"Ophidascaris robertsi" adlı qurd əməliyyatdan sonra çəkilib. Eyni xəbərə görə, sözügedən hadisə ilk dəfə tibb tarixinə düşüb. Həkimlər yeməklərində təmiz yuyulmamış göyərti istifadə etdiyi üçün bu vəziyyətlə qarşılaşmış ola biləcəyi ehtimalı üzərində dayanır. Xəstənin bundan təsirlənə biləcəyini bildirən mütəxəssislər xəstəlik və infeksiyaların heyvanlardan insanlara keçmə riskinə diqqət çəkib.

Həkimlər onu da bildirib ki, xəstənin bədəninin digər hissələrini işğal etmiş ola biləcək digər sürfələrə qarşı müalicə etmək lazımdır.

Xəstə qadın sağalsa da müayinə və müalicələri davam edir.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az