Ukraynanın Türkiyədən adığı hərbi geyimlərdə korrupsiya halı

09:58 - 29 Avqust 2023

Ukraynanın Türkiyədən adığı hərbi geyimlərdə korrupsiya halı

Ukrayna hakimiyyətinin korrupsiya və qanun pozuntusu xəbərləri ilə tanınan "Naşi Qroşi" adlı araşdırma jurnalistikası proqramı müharibə şəraitində ukraynalı bəzi məmurların Türkiyədən alınan hərbi paltolardan çox ciddi gəlir əldə etdiklərini iddia edib.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, araşdırma proqramında Ukrayna Müdafiə Nazirliyinin Türkiyədən aldığı hərbi kamuflyaj paltolarının Türkiyədə pərakəndə satışının xeyli ucuz olduğu müəyyən edilib. Məlum olub ki, paltoları satan şirkətin Ukrayna siyasəti ilə əlaqəsi var.

Bildirilib ki, paltoların satışı ilə məşğul olan Vector Avia adlı şirkətin ortaqları arasında Ukrayna lideri Vladimir Zelenskinin yaratdığı “Xalq Qulluqçusu” Partiyasının deputatı Hennadii Kasainin qardaşı oğlu Aleksandr Kasai də var.

Gödəkçələrin hər birinin 86 dollara satıldığı qeyd olunub. Lakin həmin gödəkçələrin Türkiyədə pərakəndə satış qiymətlərinin 68 dollar, 55 dollar və 39 dollar kimi fərqli qiymətlərlə satıldığı açıqlanıb. Şirkətin Türkiyədə hazırladığı fakturada gödəkçələrin 29 dollara satıldığı, Ukrayna Müdafiə Nazirliyinin təqdim etdiyi fakturada isə gödəkçələrə 86 dollar ödənildiyi qeyd olunub.

Ukrayna mətbuatında çıxan xəbərlərdə bu gödəkçələrin 27 dollara satıldığı və hamısının tükəndiyi qeyd olunub.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az