ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı 2020-ci il prezident seçkilərinin nəticələrini onun xeyrinə manipulyasiya etməyə cəhd ittihamı ilə açılan məhkəmə prosesinin 2024-cü il martın 4-də başlanmasına qərar verilib.
Manset.az KİV-ə istinadən xəbər verir ki, qərar Vaşinqtonda Federal Hakim Tanya Çutkan tərəfindən verilib.
Çutkan bildirib ki, ictimaiyyətin bu məsələni tez və effektiv şəkildə həll etmək hüququ var.
İclasda Trampın vəkili Con Lauro hakimin mühakimə tarixi ilə bağlı verdiyi qərardan narazılığını ifadə edib. O qeyd edib ki, Trampın işi ABŞ tarixində indiyə qədər açılmış ən unikal hüquqi işlərdən biridir.
Aygün
Manşet.az