Trampın məhkəməsi 2024-cü il martın 4-ə qaldı

11:08 - 29 Avqust 2023

Trampın məhkəməsi 2024-cü il martın 4-ə qaldı

ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı 2020-ci il prezident seçkilərinin nəticələrini onun xeyrinə manipulyasiya etməyə cəhd ittihamı ilə açılan məhkəmə prosesinin 2024-cü il martın 4-də başlanmasına qərar verilib.

 

 

Manset.az KİV-ə istinadən xəbər verir ki, qərar Vaşinqtonda Federal Hakim Tanya Çutkan tərəfindən verilib.  

Çutkan  bildirib ki, ictimaiyyətin bu məsələni tez və effektiv şəkildə həll etmək hüququ var.

İclasda Trampın vəkili Con Lauro hakimin mühakimə tarixi ilə bağlı verdiyi qərardan narazılığını ifadə edib. O qeyd edib ki, Trampın işi ABŞ tarixində indiyə qədər açılmış ən unikal hüquqi işlərdən biridir.  

Aygün

Manşet.az  


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az