Ağ Evin sözçüsü Karine Jean-Pierre avqustun 26-da Floridada 3 qaradərilinin öldürülməsi ilə bağlı açıqlamalar verib.
Manset.az KİV-ə istinadən xəbər verir ki, Ağ Evin sözçüsü "ABŞ-da ağların üstünlüyünə yer yoxdur" deyib.
Karine Jean-Pierre bildirib ki, Amerikada ağ üstünlüyünün yeri olmadığını aydın və qəti şəkildə deməliyik. Cavab axtarmağa davam etdiyimiz halda belə.
Qeyd edək ki, ABŞ-ın Florida ştatında 21 yaşlı silahlı Rayan Kristofer Palmete bir mağazada silahla 3 qaradərilini öldürüb. O, daha sonra özünə atəş açaraq intihar edib. Palmeti media hesablarında irqçi ritorika və nifrət ehtiva edən çoxlu mesajlar paylaşdığı məlum olub.
Aygün
Manşet.az