Texnoloji milyarderləri öz utopiyalarını qurur: Sirli bir şirkət

13:42 - 29 Avqust 2023

Texnoloji milyarderləri öz utopiyalarını qurur: Sirli bir şirkət

Son zamanlar bir qrup texnoloji elita bir araya gələrək öz utopiya şəhərlərini yaratmaq üçün böyük torpaq sahələri satın alırlar.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, “Flannery Associates” adlı az tanınan firma illər ərzində San-Fransiskonun şimal-şərqindəki Solano qraflığında "işlənməmiş" torpaq sahələrini özəlləşdirib. Yüzlərlə torpaq sahibinə öz torpaqlarına görə dəyərlərindən qat-qat artıq ödəniş edilib.

Məlumata görə “Flannery Associates”in arxasında duran 36 yaşlı Yan Sramekdir. Sramek hələ 20 yaşında qısa müddətdə ərzində maliyyə dünyasının “qızıl oğlanı” adını ala bilmişdi.

Beləki, “Flannery Associates” indiyədək bölgədəki yerli sakinləri öz məqsədləri barədə qaranlıqda saxlamağı seçib. Lakin şirkət keçən həftə anonimliyi aradan qaldırıb. Şirkət yerli hökumətlə əlaqə saxlayıb və planlarını müzakirə etmək üçün görüşlər tələb edib.

Bildirilib ki, utapiya şəhərin qurulmasında Vençur kapitalı firması Andreessen Horowitz-dən Marc Andreessen və LinkedIn-in həmtəsisçisi Reid Hoffman kimi texnologiya milyarderləri iştirak edir. Həmçinin investorlar arasında Andreessen Horowitz-in kripto fondlarını idarə edən Chris Dixon və Twitter (yəni X) ödənişləri ilə adını eşitdiyimiz Stripe ödəniş şirkətinin təsisçiləri də var. Hətta Stiv Cobsun həyat yoldaşı Laurene Powell Jobsun da adı çəkilib.  

Qeyd olunub ki, “Flannery Associates” şəhərətrafı və kənd ərazisi arasındakı quru qəhvəyi təpələri götürərək onu təmiz enerji, ictimai nəqliyyat və sıx şəhər həyatı olan on minlərlə insandan ibarət bir cəmiyyətə çevirmək istəyir. Maraqlıdır ki, bu ağlabatan məqsədlərə baxmayaraq, “Flannery Associates” indiyədək öz məqsədləri barədə gizli qalmağı seçib. Hətta şirkət o qədər məxfilik pərdəsi altında idi ki, yerli icra başçıları belə onun arxasında duran adları müəyyən edə bilmirdi.

Ancaq sakinlər texnoloji elitanın şıltaqlığına xidmət edəcək bu şəhərin həqiqətən nə üçün və kimə xidmət edəcəyini anlamırlar.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az