Rusiya-Ukrayna müharibəsində həyatını itirən mülki şəxslərin sayı AÇIQLANDI

14:29 - 29 Avqust 2023

Rusiya-Ukrayna müharibəsində həyatını itirən mülki şəxslərin sayı AÇIQLANDI

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) Rusiya-Ukrayna müharibəsində həyatını itirən mülki şəxslərlə bağlı cari rəqəmləri açıqlayıb.

 

Manset.az azxeber.com-a istinadən xəbər verir ki, açıqlamada 24 fevral 2022-ci il və 27 avqust 2023-cü il tarixləri arasında 9 min 511 mülki şəxsin həyatını itirdiyi, 17 min 206 mülki vətəndaşın isə yaralandığı bildirilib.

Hesabatda təkcə Donetsk və Luqansk vilayətlərində 4220 nəfərin həyatını itirdiyi, 6183 nəfərin yaralandığı açıqlanıb.

Həyatını itirən 2 min 115 nəfərin, yaralananların 2 min 999 nəfərinin Rusiyanın nəzarətində olan bölgələrdən olduğu bildirilib.

Qeyd edək ki, BMT 1-27 avqust tarixləri arasında 34 qadın və 5 uşaq olmaqla 108 nəfərin həyatını itirdiyini, 148 qadın və 16 uşaq olmaqla 477 nəfərin yaralandığını açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az