Albaniyanın baş naziri Edi Rama Qərbi Balkan ölkələrinin baş nazirlərinin qatıldığı paneldə çıxışı zamanı ötən həftə şübhəli təyyarə qəzasında dünyasını dəyişən Vaqner lideri Priqojinin ölümü ilə bağlı zarafat edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ramanın Putinin ağzından çıxan zarafatı dünyanın gündəminə çevrilib.
Rama istehza ilə bildirib ki, Rusiya baş naziri ölkənin qərbi ilə şərqi arasındakı saat fərqindən Putinə şikayət edib:
"Rusiyanın saatı birləşdirmək üçün danışıqlar apardığını eşitmisinizmi, bilmirəm. Çünki ölkənin bir tərəfi ilə digər tərəfi arasında 9 saat fərq var. Baş nazir Putinin yanına gedərək "cənab, prezident, bir problemimiz var" deyib. Ailəmi tətilə göndərdim və onlara "gecəniz xeyrə qalsın" demək üçün zəng etdim. Amma orda sabah idi. Yubileyini təbrik etmək üçün Olaf Şolza zəng etdim. Yubileyinin sabah olduğunu söylədi. Yeni il üçün Xi Jinpinə zəng etdim və o, hələ köhnə il olduğunu dedi. Putin də qarşılığında deyib ki, bəli, bu mənim də başıma gəldi. Priqojinin ailəsinə zəng etdim ki, itkilərinə görə başsağlığı verim. Amma hələ Priqojinin təyyarəsi havaya qalxmamışdı”.
Aygün
Manşet.az