İsrail qüvvələri bir fələstinli ailənin evini dağıtdı

17:55 - 29 Avqust 2023

İsrail qüvvələri bir fələstinli ailənin evini dağıtdı

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin cənubunda bir fələstinli ailənin evini dağıdıb.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi WAFA məlumat verib. İsrail qüvvələri buldozerlərin müşayiəti ilə Hebronun Əl-Buveyra qəsəbəsinə basqın edib.

Buldozerlərlə əkinçilik sahələrinə ziyan vuran İsrail əsgərləri Bedir Şükri Sultan et-Temiminin iki mərtəbəli evini dağıdıb.

Bundan başqa, İsrail qüvvələri jurnalistlərə və dağıntının qarşısını almaq istəyənlərə evə yaxınlaşmağa imkan verməyib.

Əl-Buveyra və Əl-Bəqa qəsəbələri Hebron şəhərinə ərzaq tədarük edilən bölgələr sırasındadır.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az