Türkiyədə daha bir terrorçu həbs olundu

19:12 - 29 Avqust 2023

Türkiyədə daha bir terrorçu həbs olundu

FETÖ üzvü olduğu üçün həbsə məhkum edilən qaçan keçmiş komissar müavini Ankarada tutulub.

 

Manset.az TRT Haber-ə istinadən xəbər verir ki,  Ankara Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin fərari FETÖ üzvlərini tutmaq üçün qurduğu xüsusi qrup, üzvü olduğu üçün 8 il 3 ay həbs cəzası alan qaçaq keçmiş polis müavini Dursun Dəmirin izinə düşüb.

Polislərin uzunmüddətli təqibindən sonra Dəmir Altındağ rayonunda saxta şəxsiyyətlə yaxalanıb.

Dəmirin ən yüksək sədaqətli təşkilat üzvlərinə verilən "A5" ilə kodlaşdırıldığı, ByLock istifadəçisi olduğu və bir çox etirafçının ifadələrində adının hallandığı öyrənilib.

Nəzarətə alınan Dəmir polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə aparılıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az