Yunanıstanda Nil virusu xəbərdarlığı

14:03 - 30 Avqust 2023

Yunanıstanda Nil virusu xəbərdarlığı

Yunanıstanda Qərbi Nil virusundan 11 nəfər həyatını itirib.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, 2023-cü ilin əvvəlindən Qərbi Nil virusuna yoluxma hallarından cəmi 89-u qeydə alınıb.

Bildirilib ki, bu halların 74-ü mərkəzi sinir sisteminə təsir edib, 15-i isə yüngül simptomlarla nəticələnib. Ötən həftə 31 yeni yoluxma halı aşkarlanıb və 11 ölüm faktı qeydə alınıb. Həyatını itirənlərin hamısının 64 yaşdan yuxarı olduğu, orta ölüm yaşının isə 82 olduğu bildirilib.

Yoluxma halları daha Karditsa, Larissa, Trikala, İmatiya, Saloniki, Pella, Pieria, Kilkis, Serres, Kavala, Drama, Rodopi, Kastoriya və Arta regional bölmələrindəki yaşayış məntəqələrində qeydə alınıb.

Milli İctimai Səhiyyə Təşkilatı (EODY) vətəndaşları qoruyucu tədbirlərə əməl etməyə çağırıb.  

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az