Kreml Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında görüş haqda açıqlama yayıb.
Manset.az azxeber.com-a istinadən xəbər verir ki, Kremlin açıqlamasında iki ölkə liderin Rusiyada görüşəcəyi bildirilib.
Sammitin sentyabrın ilk həftəsində baş tutacağı gözlənilir.
Qeyd edək ki, hər iki ölkə bir müddətdir ki, ikitərəfli əlaqələri, xüsusilə Qara Dəniz Taxıl Dəhlizi Sazişini müzakirə etmək üçün danışıqlara hazırlaşır.