Çində güclü yağışlara görə 4 nəfər öldü

15:54 - 30 Avqust 2023

Çində güclü yağışlara görə 4 nəfər öldü

Çinin Sıçuan əyalətində yağan güclü yağış 4 nəfərin ölümünə və 48 nəfərin itkin düşməsinə səbəb olub.

 

Manset.az xarici medaiya istinadən xəbər verir ki, avqustun 21-dən Sıçuan əyalətindəki Liangshan Yi muxtar prefekturasının Cinyanq mahalına güclü leysan yağışı yağıb.

Əyalət ictimai təhlükəsizlik departamentinin direktor müavini Yuan Qanq keçirdiyi mətbuat konfransında bildirib ki, leysan yağışları magistral yol tikintisi sahəsində daşqınlara səbəb olub.

Bir tikinti şirkətinin tikinti sahəsini daşqının qəfil gəlməsi nəticəsində 4 nəfərin öldüyü bildirilib.

Polisin araşdırması təsdiqləyib ki, təbii fəlakət zamanı tikintidə 201 nəfər olub, onlardan 149 nəfəri təhlükədən xilas olub.

Hadisə ilə bağlı istintaq davam edərkən, itkin düşənlərin axtarışı davam edir.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az