Ruslar Krım tatar türkünü işgəncə edərək öldürdülər 

16:28 - 30 Avqust 2023

Ruslar Krım tatar türkünü işgəncə edərək öldürdülər 

İşğalçı rus qoşunları işğal altındakı Xersonda Krım tatar türkü Rinat Ablakimovu qətlə yetirib.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə jurnalist Gülsüm Xəlilova öz sosial media hesabından paylaşım edib. İşğalçı rus qoşunları Ablakimovu öldürdükdən sonra evini müsadirə ediblər. Qətlə yetirilən Ablakimovun cansız meyiti isə Sivaş gölünün yaxınlığında tapılıb.

Ölkə qəzetlərində çıxan məlumata görə avqustun 27-də Sıvaş gölündə Rusiyanın işğalı altında olan Genicesk rayonunun Şçastlivtseve kənd sakini Rinat Ablakimovun cansız meyitinin tapıldığını bildirib. Ablakimovun bir neçə həftə əvvəl maskalı şəxslər tərəfindən saxlanıldığı qeyd olunub.

Bildirilib ki, 5 maskalı şəxs avqustun 13-də Rinat Ablakimovu Şçastlivtseve kəndindəki evindən Geniçeskdəki 17 nömrəli tam orta məktəb binasında yaradılan “dindirmə məntəqəsi” adlanan yerə aparıblar.

Beləki, 17 saylı orta məktəbi də işgəncə yuvasına çevirən ruslar orda Krım tatarlarının sorğu-sual edir, işgəncələrə məruz qoyur, kişilərin maşınlarını müsadirə edir, pul tələb edirlər, işgəncədən sonra qəbiristanlığa və ya yol kənarına qoyurlar.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az