ABŞ-ın Nyu-York şəhərində 127 illik su şəbəkəsinin partlaması nəticəsində Times Meydanında metro stansiyası və küçələri su basıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Böyükşəhər Nəqliyyat İdarəsi (MTA) metroya təxminən 1,8 milyon gallon suyun axdığını və 3 metro xəttində fasilələr olduğunu açıqlayıb. Nyu York Ətraf Mühitin Mühafizəsi Departamenti bildirib ki, qrupların sızmanın mənbəyini tapmaq və su axınını kəsmək üçün təxminən bir saat çəkib.
Nyu Yorkda köhnə su və kanalizasiya xətlərinin yenilənməsi üçün son 3 ildə 1,9 milyard dollar xərcləndiyi öyrənilib.
Aygün
Manşet.az