Rusiyada meşə yanğını: 118 hektar ərazi kül oldu

17:16 - 30 Avqust 2023

Rusiyada meşə yanğını: 118 hektar ərazi kül oldu

Rusiyanın məşhur istirahət yerlərindən biri olan Gelencik şəhərində meşə yanğını 118 hektar ərazini yandırıb.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, yanğının səbəbkar olduğu bildirilən bir nəfər saxlanılıb.

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada alovların yaşayış məntəqələrinə keçmədiyi, 440-dan çox şəxsi heyətin, Be-200 yanğınsöndürmə təyyarəsinin və 70-dən çox yanğınsöndürmə maşınının olduğu bildirilib. Aralarında Mi-8 yanğınsöndürmə vertolyotları yanğına müdaxilə edib. Gelencik Bələdiyyə Başçısı Aleksey Boqodistov indiyə qədər 118 hektar ərazinin kül olduğunu, qrupların alovun yayılmasının qarşısını almaq üçün böyük səy göstərdiklərini bildirib. Boqodistov alovların ölkənin ən böyük zooparklarından biri olan Safari Parkına hələ çatmadığını bildirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, meşə yanğınına 40 yaşlı yerli sakinin bağçaya çıxardığı elektrik kabelləri səbəb olub və həmin şəxs nəzarətə götürülüb. Bildirilib ki, alov əvvəlcə 1,5 hektar əraziyə yayılıb və güclü küləyin təsiri ilə daha da böyüyüb.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az