Fransa Qabondakı “hərbi çevrilişi” qınadı

17:31 - 30 Avqust 2023

Fransa Qabondakı “hərbi çevrilişi” qınadı

Fransa Qabondakı hadisələrlə bağlı "hərbi çevrilişi” pislədiyini bildirib.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransa hökumətinin sözçüsü Olivye Veran Nazirlər Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında deyib.  

Veran bildirib ki, Fransa Qabondakı vəziyyətin inkişafını yaxından izləyir. Həmçinin, Qabonda davam edən hərbi çevrilişi pisləyir.

Veran qeyd edib ki, ölkəsi Qabonda keçirilən prezident seçkilərinin nəticələrinin həyata keçirilməsini istəyir.

Fransanın Qabondakı səfirliyindən X sosial media platformasından verilən açıqlamada Qabonda davam edən hadisələrlə əlaqədar bu ölkədəki Fransa vətəndaşları evdə qalmağa çağırılıb.

Qeyd edək ki, Mərkəzi Afrika ölkəsi Qabonda səhər saatlarında milli televiziya binasına daxil olan bir qrup əsgər rəhbərliyi ələ keçirdiklərini açıqlayıb. Əsgərlər avqustun 26-da keçirilən seçkilərin ləğv edildiyini, ölkə sərhədlərinin bağlandığını bəyan ediblər. Hazırkı prezident Əli Bonqo Ondimba avqustun 26-da keçirilən prezident seçkilərində üçüncü dəfə qalib gəlib. 64 yaşlı Əli Bonqo 2009-cu ildə ölkəni 41 ildən çox idarə edən atası Ömər Bonqodan vəzifə alıb.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az