ABŞ-ın Florida ştatına düşən İdalia qasırğası dağıdıcı təsir edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qasırğaya görə Hava limanları müvəqqəti bağlanıb və yüzlərlə reys təxirə salınıb.
Florida qubernatoru Ron DeSantis 49 əyalətdə fövqəladə vəziyyət elan edib.
Ştatda ən azı 30 rayonun boşaldılması əmri verildiyi bildirilir. Güclü yağışlar nəticəsində bəzi əraziləri su basıb. DeSantis sakinləri hazırlıqlı olmağa çağırıb.
Qeyd edək ki, İdalia qasırğası son 7 ildə Florida ştatını vuran dördüncü böyük qasırğa olacaq. Florida 2017-ci ildə İrma, 2018-ci ildə Maykl və ötən ilin sentyabrında İan qasırğalarının hədəfi olub.
Aygün
Manşet.az