Türkiyənin Xarici İşlər Naziri Qabondakı hadisələr ilə bağlı bəyanat yayıb.
Manset.az Haber Global-a istinadən məlumat verir ki, bəyanatda Qabonda baş verənlərin yaxından və diqqətlə izlədikləri və ölkədə sülh və sabitliyin bərpa olunacağına ümid etdikləri qeyd olunub.
Qeyd edək ki, Mərkəzi Afrika ölkəsi Qabon səhər saatlarında milli televiziyanıb binaya daxil olan bir qrup əsgərin rəhbərliyi ələ keçirdikləri açıqlanıb.
Özlərini “Təşkilatların Keçid və Bərpa Komitəsi (CTRI)” adlandıran əsgərlər avqustun 26-da keçirilən seçkilərin ləğv edildiyini və ölkə sərhədlərinin bağlandığını bildirib.
Jalə
Manşet.az