Araikdən sonra qondarma rejimin "başçı"sı o oldu - Şahramanyanın DOSYESİ

14:13 - 31 Avqust 2023

Araikdən sonra qondarma rejimin \"başçı\"sı o oldu - Şahramanyanın DOSYESİ

Xəbər verdiyimiz kimi, separatçıbaşı Arutyunyan istefa verdi və onu Samvel Şahramanyanın əvəzləyib. 

 

Manset.az azxeber.com-a istinadən xəbər verir ki, Şahramanyan "dövlət naziri" Qurgen Nersisyanın da istefasından sonra tam olaraq qondarma rejimin rəhbəri vəzifəsini daşıyır. 

Şahramanyan 1978-ci ilin dekabrın 1-də Xankəndidə anadan olub. İrəvan Qriqor Zöhrab Universitetinin Beynəlxalq iqtisadiyyat fakültəsinə daxil olub, 1998-ci ildə Xankəndidəki universitetə keçib və 1999-cu ildə oranı bitirib.Qarabağdakı separatçı dəstənin "milli təhlükəsizlik xidməti”nin direktoru, Ermənistan Respublikasının hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri olub.

Hərbi rütbəsi general-mayordur. 1996-1999-cu illərdə Qarabağdakı qanunsuz silahlı dəstədə "xidmət” edib. O, 1999-2008-ci illərdə Ukraynada xidmət edib. 2008-ci ildən Qarabağdakə qondarma qurumda bir sıra "vəzifələrdə” çalışıb. 29 may 2020-ci il tarixdə qondarma sərəncamla "general-mayor” olub.

Onu da qeyd edək ki, cari ilin martın 1-də Samvel Şahramanyan Azərbaycan tərəfi ilə Xocalı dialoqunda iştirak edib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az