Xəbər verdiyimiz kimi, separatçıbaşı Arutyunyan istefa verdi və onu Samvel Şahramanyanın əvəzləyib.
Manset.az azxeber.com-a istinadən xəbər verir ki, Şahramanyan "dövlət naziri" Qurgen Nersisyanın da istefasından sonra tam olaraq qondarma rejimin rəhbəri vəzifəsini daşıyır.
Şahramanyan 1978-ci ilin dekabrın 1-də Xankəndidə anadan olub. İrəvan Qriqor Zöhrab Universitetinin Beynəlxalq iqtisadiyyat fakültəsinə daxil olub, 1998-ci ildə Xankəndidəki universitetə keçib və 1999-cu ildə oranı bitirib.Qarabağdakı separatçı dəstənin "milli təhlükəsizlik xidməti”nin direktoru, Ermənistan Respublikasının hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri olub.
Hərbi rütbəsi general-mayordur. 1996-1999-cu illərdə Qarabağdakı qanunsuz silahlı dəstədə "xidmət” edib. O, 1999-2008-ci illərdə Ukraynada xidmət edib. 2008-ci ildən Qarabağdakə qondarma qurumda bir sıra "vəzifələrdə” çalışıb. 29 may 2020-ci il tarixdə qondarma sərəncamla "general-mayor” olub.
Onu da qeyd edək ki, cari ilin martın 1-də Samvel Şahramanyan Azərbaycan tərəfi ilə Xocalı dialoqunda iştirak edib.