Donetskdə Ukrayna ordusuna məxsus 2 Mi-8 helikopterinin iştirakı ilə baş verən qəzada 6 pilotun həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qoşunları Qrupunun mətbuat xidmətinin rəhbəri İlya Yevlas məlumat verib. Qəza Donetsk vilayətinin Kramatorsk şəhərində baş verib.
Yevlaş helikopterlərin döyüş vəzifəsini yerinə yetirərkən qəzaya uğradığına diqqət çəkib.
Helikopterlərin hansı səbəbdən qəzaya uğraması araşdırılır.
Aygün
Manşet.az