Konqo Demokratik Respublikasında Birləşmiş Millətlər Təşkilatına (BMT) qarşı aksiya təşkil etmək istəyən qrupla polis arasında qarşıdurma baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, toqquşmada 48 nəfər həyatını itirib.
Beləki, “Natural Judaic and Messianic Faith towards the Nations" adlı Xristian-animist qrup rup öz ardıcıllarını BMT bazalarına daxil olmağa və sülhməramlıların ölkədən çıxmasını tələb etməyə çağırıb.
Digər tərəfdən, icma liderləri avqustun 29-da BMT-nin şəhərdəki rəsmilərinin evlərini müəyyən edib və onları qarət etməyə hazırlaşdıqlarını bildirmişdilər.
Aygün
Manşet.az