Fransada minlərlə məhsulun qiyməti sabitləşəcək.
Manset.az Sözcü-yə istinadən xəbər verir ki, Fransanın İqtisadiyyat naziri Le Maire qonaq olduğu France 2 kanalında supermarketlərdə 5 min məhsulun qiymətinin ya sabitləşəcəyini, ya da azalacağını bildirib.
Sözügedən məhsulların bəzilərinin qiymətlərinin 5-15 faiz azalacağını ifadə edən Le Maire, ilin sonunda supermarketlər ilə 75 sənaye nəhəngi arasında keçirilməsi gözlənilən məhsul qiyməti danışıqlarının ləngidiyini və bu sentyabrda başlayacağını deyib.
Le Maire danışıqları gecikdirərək 2024-cü ilin yanvar ayından etibarən məhsul qiymətlərinin azalacağını gözlədiklərini qeyd edib.
Jalə
Manşet.az