Türkiyənin bu vilayətində yanğın başladı

00:00 - 01 Sentyabr 2023

Türkiyənin bu vilayətində yanğın başladı

Türkiyənin Çorum vilayətində meşəlik ərazidə yanğın başlayıb.

 

Manset.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, hazırda Sarp qayalıqlardan ibarət bölgədə qrupların yanğınla mübarizə işləri davam edir.

Məlumata görə, hadisə Gökgözlər və Kuyumcu kəndləri arasındakı meşəlik ərazidə qeydə alınıb.

Obruk su anbarının ətrafındakı meşəlik ərazidən tüstünün qalxdığını görən vətəndaşlar yanğınsöndürmə idarəsinə məlumat veriblər.

Bundan sonra əraziyə Çorum və ətraf rayonlardan yanğınsöndürmə qrupları cəlb edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az