Dünyaca məşhur investor Rey Dalio dolların rezerv valyuta statusunun risk altında ola biləcəyinə dair xəbərdarlıq edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən nüfuzlu makro investorlarından Rey Dalio Yaxın Şərqdə artan müharibə və Hürmüz Boğazındakı gərginliyin qlobal tarazlıqları poza biləcəyini vurğulayaraq ABŞ-nin dünya nizamındakı liderliyinin risk altında olduğunu bildirib.
Dalio "Substack" platformasında yayımladığı analizdə mövcud hadisələrin tarixdəki böyük imperatorluqların çöküş mərhələləri ilə oxşar olduğunu diqqətə çatdırıb. Məşhur investor, xüsusilə, Hörmüz Boğazında baş verə biləcək bir blokadanın qlobal iqtisadiyyat üçün kritik nəticələr doğuracağını qeyd edib.