Bu müəssisələrdə vaxta qənaət etmək üçün süni intellektdən istifadə ediləcək

11:31 - 01 Sentyabr 2023

Bu müəssisələrdə vaxta qənaət etmək üçün süni intellektdən istifadə ediləcək

Fransada ictimai xidmət müəssisələrində vaxta qənaət etmək üçün süni intellekt proqramlarından istifadə ediləcək.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, hökumətin tələbi ilə ölkədəki rəsmi qurumlar əməliyyatları sürətləndirmək üçün oktyabr ayından süni intellektdən istifadəyə keçir.

İlk mərhələdə dövlət qurumlarında çalışan 1000 işçi əməliyyatlarda ChatGPT və Llama 2 kimi mətn əsaslı süni intellekt sistemlərindən yararlanacaq.

Süni intellekt istifadəçilərin vergi tənzimlənməsi, pensiyaların ödənilməsi, sosial müavinətlərlə bağlı suallarını cavablandıracaq.

Bununla belə süni intellektin verdiyi cavablar sistemin tətbiq oluna biləcəyini ölçmək üçün səlahiyyətli şəxslər tərəfindən yoxlanacaq.

Bu, dövlət xidmətlərindəki kadr çatışmazlığını doldurmaq, mövcud kadrların, texnologiyadan istifadə etməkdə çətinlik çəkən yaşlıların sual və tələblərinə operativ cavab vermək, əməliyyatlarda vaxta qənaət etmək məqsədi daşıyır.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az