İtaliyanın Toskana bölgəsinin qərbində yerləşən Kapraya adası elektrik enerjisinin 100% bərpa olunan enerji ilə təmin etməsi və yağış suyu yığımı ilə digər ehtiyaclarını qarşılaması baxımından Aralıq dənizindəki digər adalara nümunədir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, adada istifadəyə verilən Ağıllı Ada Capraya (Capraia Ağıllı Adası) layihəsi çərçivəsində həyata keçirilir.
Bildirilib ki, layihəyə 2017-ci ildə müxtəlif qurumlardan, eləcə də yerli idarəçilərdən dəstək alınaraq başlanılıb. Layihə yerli xalqın iştirakı ilə adanın davamlılıq laboratoriyasına çevrilib və bu səbəbdən adaya 500-dən çox tədqiqatçının səfər etdiyini vurğulanıb.
Adanın materikdən çox uzaq olmasına görə uzun illər məhbusların göndərildiyi və əkinçiliklə məşğul olduğu açıq həbsxana olaraq istifadə edilib. Lakin bu vəziyyətin 1986-cı ilə qədər davam etdiyi və daha sonra ərazinin ziyarətçilərə açıldığı qeyd olunub.
Həm məsafə problemi, həm də gec açıldığına görə ana qurudan adaya elektrik şəbəkəsi gətirilməyib. Ada xalqı bu əlverişsiz vəziyyəti üstünlüyə çevirərək adanın enerji ehtiyacını yenilənə bilən qaynaqlardan təmin etməyə fokuslanıblar.
Həmçinin, bələdiyyə adanın müxtəlif yerlərində günəş panelləri quraşdırıb. Bəzi vətəndaşlar da bu panelləri öz evlərinə quraşdırıb. Dalğalardan enerji əldə etmək üçün isə araşdırmalar aparılır.
Aygün
Manşet.az