Ərdoğan və Putin bu mövzunu da müzakirə edəcək

20:01 - 03 Sentyabr 2023

Ərdoğan və Putin bu mövzunu da müzakirə edəcək

Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş zamanı Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsini də müzakirə ediləcək.

 

Manset.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

Məlumata görə, görüş sentyabrın 4-də Soçidə keçiriləcək.

Kanal qeyd edir ki, danışıqların əsas mövzusu Rusiyanın iyulda iştirakını dayandırdığı taxıl müqaviləsinin bərpası ilə bağlıdır. Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Ukrayna və Suriyadakı hərbi münaqişələri və Rusiya qazının Türkiyə ərazisindən tranzitini müzakirə edəcəklər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az