Şimali Koreya lideri Kim Çen İn Rusiya prezidenti Vladimir Putinlə bu ay görüşəcək.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ mətbuatında xəbərlər yer alıb.
Beləki, iki lider Şimali Koreyanın Ukraynadakı müharibəni dəstəkləmək üçün Moskvanı silahla təmin etməsi imkanını müzakirə edəcək, lakin planlaşdırılan görüşün yeri barədə dəqiq məlumat yoxdur.
Bildirilib ki, Şimali Koreya lideri Rusiyaya zirehli qatarla gedəcək.
ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib ki, Rusiya müdafiə naziri Şoyqunun Şimali Koreyaya son səfəri zamanı Pxenyanı Rusiyaya artilleriya sursatları satmağa inandırıb.
Aygün
Manşet.az