Hindistanın adının “Bharat” olaraq dəyişdirəcəyi iddia edilir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Narendra Modinin rəhbərlik etdiyi hökumət Sentyabrın 18-22-də keçirilməsi nəzərdə tutulan xüsusi iclasda Hindistanın adının “Bharat” olaraq dəyişdirilməsi təklifini təqdim edə bilər.
Bir çox tanınmış simalar bu dəyişikliyi dəstəklədiklərini bildiriblər. Bunun əsas səbəbi kimi ölkənin əsrlər boyu Bharat kimi tanındığını vurğulayaraq daha əvvəl insanların "Hindistan" əvəzinə "Bharat" ifadəsini işlətdiyini bildiriblər.
Parlamentin millət vəkili Naresh Bansal Hindistanın müstəmləkə köləliyini simvollaşdırdığını və konstitusiyadan çıxarılmasını tələb edib.
Qeyd edək ki, G20 dövlət başçılarına və nazirlərə şam yeməyinə dəvətdə “...Bharat prezidentindən” ifadəsi də yer alıb. Xüsusilə də, prezident, vitse-prezident və baş nazirin daşınması üçün istifadə edilən şəxsi təyyarədə “Bharat” adı yazılıb.
Aygün
Manşet.az