60 min qatar sərnişini köməksiz vəziyyətdə qaldı

17:08 - 05 Sentyabr 2023

60 min qatar sərnişini köməksiz vəziyyətdə qaldı

İspaniyada şiddətli yağışlar səbəbindən 60 min qatar sərnişini köməksiz vəziyyətdə qalıb.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, sentyabrın 2, 3 və 4-də güclü yağışlar səbəbindən 3 nəfər ölüb, 3 nəfərin itkin düşüb.

Dövlət dəmir yolu şirkəti Renfe tərəfindən verilən məlumatda bəzi körpülərin və yolların dağıldığı bildirilib. Pis hava şəraiti səbəbiylə avtomobil və ya liftlərin içində qalan 3 nəfər həyatını itirib.

Həftəsonu Madrid və Sevilya şəhərlərinin qatar stansiyalarında uzun növbələr və yerdə uzanan insanların görüntüləri diqqət çəkib.

Madrid özünüidarə hökumətinin başçısı İzabel Diaz Ayuso İspaniya hökumətindən Madridi “fəlakət zonası” elan etməyi xahiş edib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az