Yeni baş nazir kresloya oturmadan ölkəni qarışdırdı    

17:48 - 05 Sentyabr 2023

Yeni baş nazir kresloya oturmadan ölkəni qarışdırdı    

Finlandiyada rəqs və şənlik videoları ictimaiyyətə sızdıqdan sonra baş nazir vəzifəsini tərk edən Sanna Marinin yerinə gələcək Antti Lindtman artıq ölkəni bir-birinə qatıb.     

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Lindtmanın bir qrup çılpaq kişi ilə nasist salamı verərkən və bir qadınla uyğunsuz şəkildə internetdə yayılan fotoşəkilləri ölkəni çaşdırıb.

Bu həftə rəsmi olaraq vəzifəsini icra edəcək Lindtmanın təxminən 20 il əvvəl çəkilmiş fotoları cəmiyyətdə böyük müzakirələrə səbəb olub.

Bildirilib ki, şəkillər liseydə milad şənliyində çəkilib. Şəkillərdə Lindtmanın əlində oyuncaq silah da var.

41 yaşlı Lindtman fotonun real olduğunu və tapşırıq olaraq verilən bir film layihəsi üçün çəkildiyini deyib.  Lindtman bu fotoların onun gəncliyinə aid olduğunu və etdikləri ilə çox da fəxr etmədiyini vurğulayıb.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az