Özündən 47 yaş kiçik kişi ilə evlənən 84 yaşlı qadın peşman oldu

18:04 - 05 Sentyabr 2023

Özündən 47 yaş kiçik kişi ilə evlənən 84 yaşlı qadın peşman oldu

İnternetdə tanış olduğu 37 yaşlı misirli Məhəmməd İbrahim ilə evlənən 84 yaşlı İris Cons adlı britaniyalı qadın etdiyi əməldən peşman olub.

 

 

Manset.az xarici mediaya stinadən xəbər verir ki, İris ərinin ondan davamlı olaraq pul istədiyini və ondan yaşayış icazəsi almaq üçün istifadə etdiyini iddia edib. Britaniyalı qadın 37 yaşlı həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.

84 yaşlı yaşlı qadın bildirib ki, 2019-cu ilin noyabrında Qahirəyə getdim və onunla görüşdüm. Onun kredit kartı borclarını ödədim. Böyük Britaniyanın Qahirədəki səfirliyindəki bir məmur mənə "ona pul verməyin" xəbərdarlığını etdi. Amma dinləmədim və verdim. 15.000 funt sterlinq verdim. Biz həmişə pulumu xərcləyirdik. O, məndən həmişə pul istəyirdi. Mən pul verməyəndə davalar çoxaldı. əgər vəsiyyətimi dəyişsəm və ipullarımı ona buraxsam onunla görüşən qadınların adlarını deməyi təklif etdi. O, məndən yaşayış icazəsi və viza üçün istifadə etdi. Bu, indiyə qədər verdiyim ən səhv qərar idi. Məhəmmədə olan sevgim çox real idi”.  

İris qeyd edib ki, iki oğlu illər əvvəl yaşlı analarına bu evlilik barədə xəbərdarlıq etmişdi.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az