Papua-Yeni Qvineya sahillərində maqnitudası 5,8 olan zəlzələ baş verib.
Manset.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Məlumata əsasən, yerli vaxtla saat 18:03-də baş verən zəlzələ yerin 52 kilometr dərinliyində baş verib.
Ən yaxın yaşayış məntəqəsi olan Porgera'nın 36 kilometrliyində quruda baş verən zəlzələdə can və ya mal itkisi olub-olmadığı ilə bağlı hələlik açıqlama verilməyib.
Jalə
Manşet.az