Bu ölkə 1700 kəşfiyyat PUA-sı alacaq

22:06 - 05 Sentyabr 2023

Bu ölkə 1700 kəşfiyyat PUA-sı alacaq

Polşanın Milli Müdafiə Nazirliyi 1700 kəşfiyyat aparatı alacaq.

 

Manset.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

"Silah Agentliyi ilə istehsalçı "WB Electronics S.A." arasında bağlanan müqavilə 2035-ci ilin sonuna qədər etibarlı olan, sonrakı icra müqavilələri çərçivəsində ən son versiyaların təxminən 1700 PUA-nın alınmasını nəzərdə tutur", - məlumatda qeyd olunub.

Bildirilib ki, sentyabrın 5-də Keltsedə keçirilən 31-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi zamanı milli müdafiə naziri Mariuş Blaşak Polşa Respublikasının Prezidenti Andjey Dudanın iştirakı ilə FlyEye kiçik pilotsuz təyyarə sistemlərinin tədarükünə dair çərçivə sazişini təsdiqləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az