Mərasimində faciə - Pilot yerə çırpılaraq öldü

22:42 - 05 Sentyabr 2023

Mərasimində faciə - Pilot yerə çırpılaraq öldü

Meksikanın Sinaloa ştatının Navolato şəhərində keçirilən doğulacaq körpənin cinsiyyət açıqlanması partisi fəlakətlə başa çatıb.

 

Manset.az Haber Globala istinadən xəbər verir ki, körpənin cinsiyyətini açıqlayan zaman, ərazidə havadan çəhrayı tozburaxan "Cessna" tipli kiçik təyyarə qanadı qırıldıqdan sonra yerə çırpılıb.

Cinsiyyəti açıqlanan zaman qəzada yaralanan təyyarənin pilotu 38 yaşlı Luis Anxel Lopez Heras aparıldığı xəstəxanada dünyasını dəyişib.

Ziyafət iştirakçılarının lentə aldığı görüntülərdə təyyarənin şənlik sahəsinə doğru endiyi, çəhrayı toz buraxdığı, sonra qəfil havaya qalxdığı, daha sonra qanadı qırılaraq yerə çırpıldığı görülüb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az