Rus generalına sui-qəsd – Telefon zəngi ilə evi havaya uçdu

10:11 - 06 Sentyabr 2023

Rus generalına sui-qəsd – Telefon zəngi ilə evi havaya uçdu

Ukrayna ilə müharibə aparan Rusiyada daha bir yüksək rütbəli generala suiqəst təşkil olunub.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin ən yaxın adamlarından biri, kəşfiyyatçı general-mayor Yuri Afanasyevskinin evinə gələn kargo paketin içindəki telefonun çalmasıyla general-mayor, həyat yoldaşı  və 21 yaşlı oğlu ağır yaralanıb.

Rusiya hücumu Ukrayna Məxfi Xidmətinin təşkil etdiyini iddia edib.

Hadisə ilə bağlı adı açıqlanmayan bir qadın saxlanılıb.

Ukrayna mətbuatı general-mayorun baş, boyun və qarın nahiyəsinin zədələndiyini və reanimasiya şöbəsində müalicəsinin davam etdirildiyini yazıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin general-mayor Yuri Afanasyevskiyi ötən il ilhaq etdiyi Luqansk vilayətində gömrük müdiri vəzifəsinə təyin etmişdi.   

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az