Ukrayna ilə müharibə aparan Rusiyada daha bir yüksək rütbəli generala suiqəst təşkil olunub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin ən yaxın adamlarından biri, kəşfiyyatçı general-mayor Yuri Afanasyevskinin evinə gələn kargo paketin içindəki telefonun çalmasıyla general-mayor, həyat yoldaşı və 21 yaşlı oğlu ağır yaralanıb.
Rusiya hücumu Ukrayna Məxfi Xidmətinin təşkil etdiyini iddia edib.
Hadisə ilə bağlı adı açıqlanmayan bir qadın saxlanılıb.
Ukrayna mətbuatı general-mayorun baş, boyun və qarın nahiyəsinin zədələndiyini və reanimasiya şöbəsində müalicəsinin davam etdirildiyini yazıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin general-mayor Yuri Afanasyevskiyi ötən il ilhaq etdiyi Luqansk vilayətində gömrük müdiri vəzifəsinə təyin etmişdi.
Aygün
Manşet.az