Rusiya döyüş təyyarələrini Ukraynanın dron hücumlarından qorumaq üçün maraqlı bir tədbir görüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya döyüş təyyarələrini hücumlardan qorumaq üçün avtomobil təkərlərindən istifadə etməyə başlayıb.
Ekspertlər bildiriblər ki, bu, nəinki Ukrayna pilotsuz təyyarələrinə qarşı qoruyucu təbəqə əlavə etmək, həm də xüsusilə gecə vaxtı təyyarənin görmə qabiliyyətini azaltmaq üçün kobud cəhddir. Həmçinin, əlavə olunub ki, bu hərəkətin təsiri məhdud ola bilər. Çünki bu, drondakı döyüş başlığının nə olmasından asılıdır.
Təkərlərin baş verə biləcək partlayış nəticəsində təyyarənin deşilməsinin qarşısını almaq üçün istifadə ediləcəyi bildirilib.
Aygün
Manşet.az