Rusiya Ukraynanın taxıl anbarlarını vurmaqda ittiham olunur

13:57 - 06 Sentyabr 2023

Rusiya Ukraynanın taxıl anbarlarını vurmaqda ittiham olunur

ABŞ Dövlət Departamenti Rusiyanı Ukraynanın taxıl anbarlarına hücum etməkdə günahlandırıb və Moskvanı hərəkətlərinə son qoymağa çağırıb.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti bu barədə sosial media hesabından videomüraciət paylaşıb.

Videomüraciətdə Ukraynanın Rubijne şəhərindəki taxıl anbarının hücumdan əvvəlki və sonrakı fotoları yer alıb.

Bildirilib ki, Rusiyanın Ukrayna taxıl anbarlarına hücumu ölkədəki fermerlər və dünyada aclıq çəkən insanlar üçün dəhşətli nəticələrlə nəticələnir.  Buna görə də Rusiyanı hücumlarına son qoymağa və Qara Dəniz Taxıl Təşəbbüsünə qayıtmağa çağırır.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az